2020-ci ilədək Azərbaycanın İKT sektorunun inkişafına yatırılan investisiyaların təxminən 4 milyard dollar təşkil edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.Məqalədə bildirilir ki, "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, son illərdə ölkədə İKT sektorunun həcmi 15-20 faiz orta illik artımla 4,5-5 dəfə artacaq.Nazir qeyd edib ki, 2020-ci ilədək Azərbaycanda İKT sektorunun gəlirləri 8-8,5 milyard dollar, yaxud ÜDM-in 10 faizinə yaxın olacaq.Ə.Abbasov ilkin mərhələdə 2014-2016-cı illəri əhatə edəcək Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsini ("Evə optika") də vurğulayıb.İlkin mərhələdə Azərbaycan Respublikası Dövlət Neft Fondundan layihənin reallaşdırılmasına 103 milyon manat ayrılması nəzərdə tutulur.ANN.Az