ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Boeing” şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir. Məlumata əsasən, bu, AZAL-a MDB məkanında "Boeing 787 Dremliner" təyyarəsini istismar edən ilk aviaşirkət olmaq imkanı verəcək.
AZAL-ın sədri Cahangir Əsgərov bildirib: "Biz bir növ inqilabi təyyarəni almağa şadıq. Təyyarə QSC-yə regional və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa kömək edəcək. Təyyarənin göyərtəsində unikal şərait sərnişinlərə yüksək komfortlu uçuşdan gözəl təəssüratı təmin edəcək".
"Boeing" şirkətinin Yaxın Şərqdə satışlar üzrə vitse-prezidenti Marti Bentrotta bildirib ki, şirkət AZAL-la tərəfdaşlıq münasibətlərinə görə fəxr edir və regionda "Boeing 787" təyyarəsinin ilk istismarçısı statusu münasibətilə aviaşirkəti təbrik edir: "Əməkdaşlığımızın gələcək inkişafına ümid edirik".
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Bakı yeni təyyarənin gəlməsini gözləyir: "Təyyarə hələ Bakıda deyil, lakin biz onun gəlişini gözləyirik".
M.Səfərli təyyarənin nə vaxt Bakıya gəlməsi ilə bağlı dəqiq məlumatın olmadığını qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !