Azərbaycan ilk dəfə UNESCO-nun iclasına sədrlik edir

21:20 | 17.11.2021
Azərbaycan ilk dəfə UNESCO-nun iclasına sədrlik edir

Azərbaycan ilk dəfə UNESCO-nun iclasına sədrlik edir

Parisdə keçirilən UNESCO Baş konfransının 41-ci sessiyası çərçivəsində cari ilin 17-19 noyabr tarixlərində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayıb.

"Qafqazinfo” xəbər verir ki, UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi Komissiyanın iclasına Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcək.

Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətləarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr aparılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM