İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Beynəlxalq Xidmətlər və Ticarət Sərgisinin (CIFTIS) açılış mərasimində iştirak edib, "China Energy International Group Co. Ltd.”, "Wenzhou Nixin”, "Wontai Power” şirkətlərinin rəhbərləri ilə görüşlərdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb.
"Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib", - məlumatda deyilir.
"China Energy International Group Co.Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin "yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirə aparıblar.
"Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !