Azərbaycan Çinlə yeni bank yaradır

19:44 | 03.04.2015
Azərbaycan Çinlə yeni bank yaradır

Azərbaycan Çinlə yeni bank yaradır


Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olacaq.

Virtualaz.org bildirir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Çin hökumətinin təsis etdiyi Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan edib.

Azərbaycan hökuməti öz niyyətini martın 31-də Çinin Maliyyə Nazirliyinə də bildirib.

Bildirilir ki, yeni maliyyə institutu Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılır.

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM