Əbu-Dabinin suveren sərvət fondu (ADQ) strateji suveren fond olan Azərbaycan İnvestisiya Holdinq ilə birgə investisiya platforması yaratmaq barədə müqavilə imzalayıb. Müqavilənin dəyəri 500 milyon dollardır. Bu barədə Əbu-Dabinin suveren sərvət fondu məlumat yayıb.
Məlumata görə, hər iki fonduun platformada iştirak payı 50% təşkil edəcək.
Platformanın məqsədi kənd təsərrüfatı, texnologiya, əczaçılıq və enerji infrastrukturu kimi "qarşılıqlı prioritet və maraq” sektorlarına sərmayə yatırmaqdır.
Müqavilə dekabrın 14-də imzalansa da Azərbaycan İnvestisiya Holdinqi dəyəri $500 milyon olan müqavilə barədə heç bir açıqlama verməyib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !