​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

12:59 | 02.11.2015
​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

 Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 21 622,5 mln. manat təşkil edib. Bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 674,7 mln. manat və ya 3% azdır.

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, bu, 2015-ci il ərzində baş verən ən yüksək həcmli aylıq azalmadır.

İlin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 1 220,2 mln. manat və ya 6% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə artım 2 179,4 mln. manat və ya 11,2% olub.
Qeyd edək ki, il ərzində iqtisadiyyata kredit qoyuluşlarında baş verən artımda manatın məzənnəsinin devalvasiyasının təsiri var. Çünki iqtisadiyyata kredit qoyuluşlarının bir hissəsi xarici valyutada həyata keçirilib. Bu Milli valyutanın fevral devalvasiyası isə öz növbəsində həmin göstəricinin manat ekvivalentində artmasına səbəb olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM