• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatının ən çox pul yatırılan sahələri - SİYAHI

Azərbaycan iqtisadiyyatının ən çox pul yatırılan sahələri - SİYAHI
27.01.2014 13:48

2013-cü il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına yönəldilən vəsait  2012-ci illə müqayisədə 15,1% artıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.Komitədən deyildiyi kimi, tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi investisiyaların ümumi həcminin 66,3%-ni təşkil edib.2013-cü ildə istehsalat yönümlü obyektlərin tikintisinə 8 635,7 milyon manat, qeyri-istehsalat obyektlərinə isə 9 236,4 milyon manat sərmayə qoyulub.İnvestisiyaların ümumi həcmindən 76,7%-i il ərzində 11,9% artan daxili investisiyaların payına düşüb. Daxili investisiyaların çox hissəsi (70,7%) dövlət müəssisələrinin və təşkilatların, 29,3%-i isə özəl müəssisələrin payına düşüb.Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 8 012,1 milyon manat (investisiyaların ümumi həcminin 44,8%), bank kreditlərindən - 860,6 milyon manat (4,8%), büdcə vəsaitlərindən - 7 829,2 milyon manat (43,8%), büdcədənkənar fondların vəsaitləri hesabına - 558,7 milyon manat (3,2%), əhalinin şəxsi vasitələrindən - 469,1 milyon manat (2,6%) və başqa vəsaitlərdən - 142,4 milyon manat (0,8%) investisiya qoyulub.Əsas kapitala qoyulmuş vəsaitlərdən 73% (13 047,3 milyon manat) qeyri-neft sektorunun inkişafına yönəldilib, ölkənin neft sektoruna 4 824,8 milyon manat (27%) sərmayə qoyulub. Göstərilən dövrdə qeyri-neft sektoruna əsaslı vəsaitlər 12,1%, neft sektoruna isə 24,2% artıb.Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə 39,6% investisiya sənaye sahələri, 19,6%  nəqliyyat və anbar təsərrüfatı, 3,2% kənd təsərrüfatı, 7,5% daşınmaz əmlakla əməliyyatlar, 6,7% dövlət idarəçiliyi, 4,8% istirahət, əyləncə və incəsənət, 5,5% tikinti, 1,1% rabitə və informasiya, 4,4% təhsil, 2% - inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,6% ticarət, 0,4% turistlərin yerləşdirilməsi və iaşə, 0,1% peşəkar, texniki və elmi fəaliyyətin payına düşüb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol