Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası Tehranda keçiriləcək

15:18 | 16.10.2024
Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası Tehranda keçiriləcək

Azərbaycan-İran hökumətlərarası komissiyasının iclası Tehranda keçiriləcək

Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının növbəti iclası yaxın aylarda Tehranda keçiriləcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial şəbəkə "X"-dəki hesabında yazıb.


Diplomat bildirib ki, bu qərar Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin yekunlarına əsasən qəbul edilib.


"2024-cü il oktyabrın 14-15-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev işgüzar səfərlə İranda olub. Baş nazirin müavini İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib, həmçinin İranın xarici işlər, yollar və şəhərsalma, enerji, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə səmərəli görüşlər keçirib", - səfir yazıb.


Onun sözlərinə görə, görüşlərdə Azərbaycan-İran münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, gündəmdə duran birgə layihələr, regional və ikitərəfli məsələlər müzakirə edilib.


"Qəbul və görüşlərdə Azərbaycan-İran münasibətlərinin daha da gücləndirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, eləcə də yaxın aylarda Tehranda birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi barədə qərar qəbul edilib", - Əlizadə qeyd edib.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM