Azərbaycan İrandan bibər və kivi idxalını dayandırıb

16:40 | 23.05.2023
Azərbaycan İrandan bibər və kivi idxalını dayandırıb

Azərbaycan İrandan bibər və kivi idxalını dayandırıb

İrandan Azərbaycana bibər və kivi idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, ekspertizanın nəticələrinə əsasən, İran şirkətləri tərəfindən ölkəyə gətirilən 19 partiya bibər və 34 partiya kividə karantin zərərvericiləri - qəhvəyi qırış virusu və tut pulcuqlu həşərat aşkar edilib.

Qurum aşkar olunmuş hallarla bağlı İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərib və uyğunsuzluqların araşdırılması və nəticələrin bildirilməsi xahiş olunub.

Bununla yanaşı, Azərbaycan idxalçı şirkətləri tərəfindən İrandan gətirilən bibər nümunələrində də zərərvericilər yenidən müəyyən edilib.

Aşkar edilmiş hallarla əlaqədar olaraq, agentlik mayın 17-dən doqquz İran və səkkiz Azərbaycan şirkəti tərəfindən Azərbaycana bibər və kivi məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM