Bunu haqda "Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
O deyib ki, "Azərbaycan Hava Yolları” daim özünün uçuş coğrafiyasını genişləndirir. "Son illərdə alınan yeni təyyarələr uzaqməsafəli uçuşlar həyata keçirməyə imkan verir. Bu baxımdan İspaniyaya uçuşlar da "Azərbaycan Hava Yolları”nın perspektiv marşrutlar siyahısına daxildir. Lakin bu istiqamətdə uçuşların nə zaman başlanacağı barədə danışmaq hələ tezdir”, - deyə M.Səfərli qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl İspaniyanın EFE xəbər agentliyi 2015-ci ildə Azərbaycan ilə İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılacağı barədə məlumat yaymışdı. //azertag.az
Bizi sosial şəbəkələrdə izləyin !