“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailə aviareyslərin yerinə yetirilməsini davama etdirir. Bu gün saat 09:44-də Bakıdan İsrailə təyyarə uçub.
ANN.Az xəbər verir ki, bunu “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
O bildirib ki, hələlik İsrailə uçuşların dayandırılması nəzərdə tutulmayıb: “Çünki İsrail hökuməti təhlükəsizliyə təminat verir”.
Xatırladaq ki, ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə və Rusiya aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !