Azərbaycan istehsalı döyüş texnikası BƏƏ-də keçirilən sərgidə nümayiş etdirildi

20:03 | 23.02.2015
Azərbaycan istehsalı döyüş texnikası BƏƏ-də keçirilən sərgidə nümayiş etdirildi

Azərbaycan istehsalı döyüş texnikası BƏƏ-də keçirilən sərgidə nümayiş etdirildi

Yavər Camalov: "Yaxın vaxtlarda VOG-25 qumbaralarının və AQS-30 avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacağıq”

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən İDEX-2015 sərgisi davam edir.

ANN.Az APA-ya istinadən xəbər veirr ki, sərginin ikinci günü Azərbaycan MSN tərəfindən bir sıra xarici ölkələrin şirkətləri ilə işgüzar görüşlər keçirilib. Əməkdaşlıq imkanları müzakirə olunub.

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Sudan, BƏƏ, Pakistan, Cənubi Afrika, Ukrayna, Türkiyə və digər ölkələrdən olan müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət edib.

Sərgidəki Azərbaycan MSN stendi də böyük marağa səbəb olub. Azərbaycan istehsalı olan "İstiqlal-T”, "Mübariz”, "Yalquzaq” və "Yırtıcı” adlı snayper tüfəngləri, HP-7.62 hücum pulemyotu, RPQ tipli əl qumbaraatanları üçün döyüş sursatları maraqla qarşılanıb.

Y. Camalov açıqlamasında bildirib ki, yaxın vaxtlarda MSN VOG-25 qumbaralarının və AQS-30 tipli avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacaq. Artıq müəssisədə inşaat və texnologiyaların quraşdırılması işləri tamamlanıb.

Qeyd edək ki, sərgidə Azərbaycan ilk dəfə olaraq EM-14 adlı 5.56x45 mm NATO standartlı patronlarla atəş açan avtomatını da sərgiləyib.

ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM