Azərbaycan İsveçrədən yeni vaqonlar alır

13:56 | 11.06.2014
Azərbaycan İsveçrədən yeni vaqonlar alır

Azərbaycan İsveçrədən yeni vaqonlar alır

Bu gün Nəqliyyat Nazirliyində İsveçrənin "Stadler Rail Group" şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalanması nəzərdə tutulub."APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. O, deyib ki, müqavilə çərçivəsində əsasən Bakı-Tiflis-Qars dəmir yolu üçün 30 vaqonunun alınması planlaşdırılır. N. Həsənov əlavə edib ki, gələn ilin əvvəlində isə ilk sərnişindaşıma qatarlarının yol düşməsi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM