Azərbaycan İtaliya-dan 8 helikopter aldı

16:40 | 25.11.2014
Azərbaycan İtaliya-dan 8 helikopter aldı

Azərbaycan İtaliya-dan 8 helikopter aldı

İtaliyanın “AgustaWestland” şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin ölkəyə çatdırılması prosesini yekunlaşdırıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu haqda məlumat “AgustaWestland” şirkətindən məlumat verilib.

Müqavilə çərçivəsində Azərbaycan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb. Müqavilənin dəyəri 115 milyon avro təşkil edib. Helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM