Azərbaycan italiyalı iş adamını beynəlxalq axtarışa verdi

11:49 | 16.12.2013
Azərbaycan italiyalı iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan italiyalı iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan italiyalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, İtaliya vətəndaşı, 38 yaşlı Di Giocomo Marco vergidən yayınmaqda ittiham olunur. Azərbaycan məhkəməsi onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Di Giocomo Marco Azərbaycanda yolların çəkilişini həyata keçirilən şirkətlərdən birinin nümayəndəsidir.  Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan bir çox əcnəbi iş adamını beynəlxalq axtarışa verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM