Azərbaycanın ixracının 50%-ni İtaliya təşkil edir. İtaliyanın Azərbaycandakı səfirliyinin missiyasının rəhbəri Rikkardo Kursi deyib.
"Ümumiyyətlə İtaliya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Bura siyasi əlaqələr də aiddir. Bu mədəni bağlarla əlaqəlidir . Hər iki ölkə arasında mədəni bağlar iqtisadi əlaqələrə gətirib çıxarır.
İqtisadi əlaqələr dediyimizdə buna energetika və ticarət sahəsindən əlaqələr də aiddir. Bunun böyük hissəsini neft sektoru təşkil edir. Azərbaycanın ixracının 50%nı İtaliya təşkil edir. Bizim üçün Azərbaycan həm də strateji partnyor sayılır. Azərbaycan İtaliyanın enerji təminatçılarından biridir. Bunun üçün İtaliya Azərbaycanla neft sektorundan başqa, digər sektorlarda da əməkdaşlıq etməkdə maraqlıdır", -o jurnalistlərin sualını cavablayarkən deyib.
Kursi vurğulayıb ki, İtaliya ticarət balansını qorumağı hədəfləyir.

O həmçinin qeyd edib ki, İtaliya Azərbaycanla müdafiə sənayesi, nəqliyyat sahəsində də əməkdaşlıq edir.
Onun sözlərinə görə, İtaliyanın "İVECO" şirkəti tərəfindən Azərbaycan təcili yardım maşınları ilə təchiz edilir.
"Qeyri - neft sektoru inkişaf edir. "Ansaldo Energia" şirkəti məhz Azərbaycanda elektrik enerji istehsalı ilə bağlı turbinlərin quraşdırılması təchizatı ilə məşğuldur. İtaliyanın moda və dizayn şirkətləri Azərbaycanda geniş şəkildə fəaliyyət göstərir. Bundan əlavə mebel sahəsi də çox maraq cəlb edən sahələrdəndir" , - Kursi əlavə edib.

Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !