Bu gün bir qrup media nümayəndəsi Müdafiə Nazirliyinə məxsus poliqonlardan birinə aparılıb.
ANN.Az xəbər verir ki, jurnalistlərin bu səfəri "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi ( ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)” layihəsi çərçivəsində təşkil olunub. Layihənin davamı olaraq jurnalistlər praktik olaraq döyüş vəziyyətində informasiya toplamaq, informasiya ötürmək, eləcə də ekstremal şəraitdə davranmaq qaydaları ilə tanış olublar.
"Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev layihənin bu cür yüksək səviyyədə keçiriləcəyindən, eləcə də jurnalistlərin belə həvəs göstərəcəyindən çox məmnun olduğunu deyib: "Praktik şəraitdə keçirilməsinə baxmayaraq, jurnalistlər yorulmadan və çox həvəslə təlimlərimizdə iştirak edirlər. Bu layihə bir daha jurnalistlərə ekstremal şəraitdə necə hərəkət edəcəklərini praktiki olaraq nümayiş etdirir. Bizə göstərdikləri dəstəyə görə Müdafiə Nazirliyinə təşəkürümüzü bildiririk. Biz layihəni təklif edərkən işlərin çox olacağını bilirdik. Müdafiə Nazirliyi hazırda bütün ağırlığı öz üzərinə götürüb. Həm təlimlərimizdə, həm də praktikada yaxında iştirak etdiklərinə görə media nümayəndələrinə də təşıkkür edirəm”.
Layihə rəhbəri bu təlimlərdən jurnalistlərin kifayət qədər təcrübə toplaya biləcəklərinə inandığını deyib.
Qeyd edək ki, "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (Ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsinə noyabrın 5-dən start verilib.
Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !