Azərbaycan Kahramanmaraşda yenidənqurma işlərində iştirak edir - Prezident

17:09 | 05.02.2024
Azərbaycan Kahramanmaraşda yenidənqurma işlərində iştirak edir - Prezident

Azərbaycan Kahramanmaraşda yenidənqurma işlərində iştirak edir - Prezident

Azərbaycan hazırda Kahramanmaraşda yenidənqurma işlərində yaxından iştirak edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
"Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq”, - bu barədə Prezident İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ötən ilin fevralında baş vermiş zəlzələnin ildönümü ilə bağlı göndərdiyi məktubda deyilir.
 
Azərbaycan Türkiyədə zəlzələdən sonra Kahramanmaraş vilayətinə yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsi ilə bağlı Türkiyə ilə saziş imzalayıb. Azərbaycan bu layihə üçün 100 milyon ABŞ dolları vəsait ayırıb. 

Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM