Azərbaycan Kanadadan robotlar aldı

17:19 | 03.03.2014
Azərbaycan Kanadadan robotlar aldı

Azərbaycan Kanadadan robotlar aldı

Azərbaycan Kanadanın «Med-Eng» şirkətindən bomba zərərsizləşdirən robotlar alıb.APA-nın məlumatına görə, robot maşınlar yaxın günlərdə ölkəyə gətiriləcək. Bomba zərərsizləşdirən robotlar Fövqəladə Hallar Nazirliyi tərəfindən alınıb. Bundan əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu şirkətdən müxtəlif avadanlıqlar alınıb. Qeyd edək ki, «Med-Eng» Kanada və ABŞ-da bomba robotları, partlayıcı maddələri zərərsizləşdirən avadanlıqların, qoruyucu vasitələrin və digər hərbi təyinatlı məmulatların istehsalını həyata keçirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb