Azərbaycan karatesinin liderlərindən olan Ayxan Mamayev "Super 8” Xorvatiya Kubokuna dəvət olunub.
"Report" xəbər verir ki, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarış dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.
Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.
Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !