Azərbaycan karbon vergisinin tətbiq etmək üçün təhlil aparır

17:27 | 22.05.2024
Azərbaycan karbon vergisinin tətbiq etmək üçün təhlil aparır

Azərbaycan karbon vergisinin tətbiq etmək üçün təhlil aparır

Azərbaycan hökuməti karbon vergisi tətbiq etmək üzərində düşünür , amma bunun tətbiqi ciddi təhlillərin aparılmasını tələb edir. Bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.


Avropa İttifaqı 2026-cı ildə ona daxil olan ölkələrə idxal olunacaq məhsullara karbon vergisi qoyacağını elan edib.

 

Dünyada karbon qiymət qoyma siyasətinin iki forması var- karbon vergisi və emissiya ticarət sisteminin tətbiqi.

 

Musayevanın sözlərinə görə, Azərbaycan hələlik hansına üstünlük verəcəyini müəyyən etməyib.

 

"Bəzi yurisdiksiyalar, məsələn Avropa İttifaqı indiyə kimi karbon vergisi tətbiq etməyənölkələrdən Avropaya daxil olan məhsullara sərhəddə karbon qiymət sistemi tətbiq edəcəklər. Bura gübrələr, sement, aliminium, elektrik enerjisi məhsulları və s daxildir. Azərbaycan hökuməti olaraq hər hansı bir sənayelər üzrə vergi qoymaq, qiymət qoymaq siyasəti üzərində tələsik addım atmaq istəmirik. Biz hələlik yerli iqtisdiyyatı, onun strukturunu, ixrac bazarlarımızı təhlil edir və öyrənməyə çalışırıq. Biz bilməliyik ki, ekoloji dayanıqlıqla bağlı ölkənin üzərinə götürdüyü iqlim hədəflərinə nə qədər töhfə verəcək? Bunlar ixrac bazarlarına , istehlakçının aldığı məhsulların qiymətinə nə dərəcədə təsir edəcək?Azərbaycan hökuməti 2025-ci və növbəti illər üzrə ölkənin sıfır emissiya strategiyası üzərində işləyir bu sənəd müəyyən edəcək ki, biz hansı sektorlar və texnologiyalar əsasında buna nail olacağıq”, -Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dekarbonizasiyası strategiyası təhlil edilir.

 

"Biz həm bununla bağlı ölkənin öhdəliklərini başa düşür, həm də ölkənin iqtisadi hədəflərini yaxşı anlayrırıq”, - rəis müavini vurğulayıb.

 

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti