Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib

19:30 | 14.06.2019
Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib

Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib

Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil ƏliyevBeynəlxalq Kiber İdman Federasiyasının (İESF) İdarə Heyətinə üzv seçilib. 

Bu barədə Anews.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibiSəmayə Məmmədova məlumat verib.
İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı fikirlərini bölüşüb: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə İESF-in İdarə Heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən bütün digər İdarə Heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm", - deyə qurumun rəhbəri bildirib.
 
Qeyd edək ki, R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabrına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb