Azərbaycan I divizionda maraqlı və təqdirəlayiq bir iş baş verib.
Anews.az xəbər verir ki, Bakının "Binə” və "Xəzər” komandaları arasında baş tutmuş görüşdən öncə meydan sahibi komanda maraqlı addımla yadda qalıb.
"Binə” klubu binəli futbol azarkeşi, ayaqlarını itirdiyi üçün əlil arabasında gəzən azarkeşini sevindirmək qərarına gəlib. Belə ki, oyundan öncə martın 1-də 67 yaşını qeyd edəcək Canbaxış Qəniyevə klubun şərfi və yeni əlil arabası təqdim edib.
Qeyd edək ki, oyunda "Binə” klubu rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !