Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib

13:11 | 13.02.2024
Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib

Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib

Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının (MSK) yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün müddətində and içir.
 
Canlını təqdim edirik:

 

 
 
 11:04
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

İclasda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.
 
İclasdan canlı yayımı təqdim edirik:

 
Gülnar Nazimqızı
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb