Azərbaycan-Macarıstan matçının hakimləri açıqlandı

22:30 | 05.06.2019
Azərbaycan-Macarıstan matçının hakimləri açıqlandı

Azərbaycan-Macarıstan matçının hakimləri açıqlandı

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək Avro-2020-nin seçmə oyunu üçün hakim təyinatı açıqlanıb.

Axar.az xəbər verir ki, iyunun 8-də keçiriləcək matçın idarə olunması hollandiyalı hakimlər briqadasına tapşırılıb. Kevin Blum baş hakim, Bas van Dongen və Johan Balder yan xətt hakimləri, Sərdar Gözüböyük isə dördüncü hakim təyin olunub.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb