2024-cü ilin I yarısında Azərbaycanda maliyyə sektoruna 81 milyon manat investisiya qoyulub ki, bu da 2023-cü ilin uyğun dövründən 9,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, yanvar-iyunda maliyyə sektoruna investisiya qoyuluşu ölkə üzrə investisiya qoyuluşunun 1%-i qədər olub.
2024-cü ilin 6 ayında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 7 984,8 milyon manat vəsait yönəldilib. Bu, 1 il əvvələ nisbətən 9,4% çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !