Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə "Azərbaycan mədəniyyətinin gənc rəssamlar tərəfindən təsviri” adlı lahiyə baş tutub.
ANN.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan lahiyə rəhbəri BDU Coğrafiya fakultəsinin IV kurs tələbəsi Aytən Kazımova "Azərbaycan mədəniyyətinin gənc rəssamlar tərəfindən təsviri” adlı lahiyənin məqsədinin gənc nəslin müasir tariximizi daha dərindən bilməklə yanaşı tarixi abidələrimizi və mədəniyyət nümünələrimizi dərindən tanımalı olduğunu bildirib.
"Rəsm əsərləri tamaşaçıları düşündürür onlar əsəri dərk edir” söyləyən lahiyə rəhbəri belə sərgilərin davamlı olacağını söyləyib.
Sərgidə 25 dən artıq rəsm əsəri nümayiş etdirilib. Rəsm əsərləri böyük maraqla qarşılanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !