Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

16:38 | 18.08.2019
Şair Oqtay Rzalı vəfat edib.
Redaktor.az xəbər verir ki bir müddətdir xəstəlikdən əziyyət çəkən Oqtay Rzalı bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alman Oqtay Rza əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlayıb, operator, baş operator, neftçıxarma ustası olub. Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), 1971-ci ildən isə dosent işləyib.
"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdiribr. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur. Əsərləri xarici mətbuatda dərc edilib. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb. "Torpağı dinləyirəm", "Ürəyi oxuyun" və başqa kitabların müəllifidir.
Allah rəhmət eləsin.



www.anews.az
loading...

Xəbər lenti