Azərbaycan mədəniyyətinə ağır itki - FOTOLAR

14:18 | 08.10.2019
Azərbaycan mədəniyyətinə ağır itki - FOTOLAR

Azərbaycan mədəniyyətinə ağır itki - FOTOLAR

Bakılı aktyor Aleksey Saprıkin vəfat edib.

Anews.az xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru bu gün səhər saatlarında həyatla vidalaşıb. 

65 yaşlı aktyor uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Oktyabrın 1-də vəziyyəti ağırlaşan A.Saprıkin reanimasiyaya yerləşdirilmişdi.

Sənət yoldaşları onu Lyoşa deyə çağırırdı. Onun yoxluğu ilə barışmayan dostları öz kədərlərini sosial şəbəkədə izhar ediblər. 


Aleksey Saprıkin 1955-ci ildə Bakıda doğulub. 2008-ci ildən etibarən Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur. 

Teatrda son dövrdə səhnəyə qoyulan "Peterburq işçisi”, "Və yağış yağır və içini tökür”, "Sənətkarın taleyi”, "Qürur və qərəz”, "Payız sonatası”, "Meme” tamaşalarında rol alıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb