• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
05.07.2024 14:54
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medalla təltif ediliblər
Çexiyanın Brno şəhərində proqramlaşdırma üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən 60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil olunub.  Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.
 
1994-cü ildən etibarən keçirilən CEOI regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma bacarıqlarını dəyərləndirilir.
 
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə 72 medal qazanıblar.

Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol