Azərbaycan müəllimləri qətnamə qəbul etdi

14:55 | 14.12.2013
Azərbaycan müəllimləri qətnamə qəbul etdi

Azərbaycan müəllimləri qətnamə qəbul etdi

Azərbaycan Müəllimlərinin XIV qurultayında qətnamə qəbul olunub.APA-nın məlumatına görə, qətnaməni Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev oxuyub. Qətnamədə qeyd olunub ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında əsas məqsəd dünya ölkələri ilə inkişafda geriliyə yol verməmək, biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə çəkməkdir. Qətnamədə vurğulanır ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsilin məzmunca yeniləşdirilməsi milli ənənələrə, modernləşmə meyllərinə tamamilə uyğun olaraq şəxsiyyət yönümlü təhsil sisteminin formalaşdırılmasına yönəlib. Aparılacaq islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsil verənin formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək. Təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsinə ehtiyac var. Qətnamədə bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında yer alan müddəalar yeni maliyyələşmə mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edəcək. Qurultay iştirakçıları prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyib. Qətnamədə prezidentin müasir təhsil sisteminin qurulması kimi zəfərə imza atacağı vurğulanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM