Azərbaycan Mərkəzi Bank bankları broker xidmətinə cəlb edəcək

18:15 | 31.01.2024
Azərbaycan Mərkəzi Bank bankları broker xidmətinə  cəlb edəcək

Azərbaycan Mərkəzi Bank bankları broker xidmətinə cəlb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə bank sektorunu broker fəaliyyətini həyata keçirmək üçün cəlb etməyi planlaşdırır, bunu AMB sədri Taleh Kazımov deyib.

"Onu da qeyd edim ki, bu ildən biz broker xidmətləri göstərmək üçün bankları cəlb etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, investor bazasının genişləndirilməsinə imkan yaradacaq, çünki bankların geniş filial şəbəkəsi var”, -  Kazımov çərşənbə günü mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, Mərkəzi Bank kapital bazarının infrastrukturunun təkmilləşdirilməsinə diqqət yetirir.

"Əsas məqsədimiz həm investorlar, həm də sahibkarlar üçün kapital bazarını şəffaf, səmərəli və mobil etməkdir. Bu kontekstdə biz əməliyyatı sadələşdirmək üçün onun rəqəmsallaşdırılması üzərində də çalışacağıq. Eyni zamanda, biz mütləq bir sıra normativ tələblər irəli sürəcəyik”, - Mərkəzi Bankın rəhbəri vurğulayıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM