2024-cü ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur. Bu barədə Mərkəzi Bankın maliyyə hesabatınnda bildirilib.
AMB-nin aktivlərinin 27 milyard 046,827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208,132 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.
31 yanvar 2024-cü il tarixinə Azərbaycanda 23 bank, o cümlədən 9 xarici kapitallı bank (2023-cü ilin sonuna - 9 bank) fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə bankların 475 filial (2023-cü ilin sonu ilə müqayisədə dəyişiklik yoxdur) və 104 filial (2023-cü ilin sonunda 96) şəbəkəsi var.
Azərbaycanın bank sektorunda 23 633 nəfər çalışır (2023-cü ilin sonuna olan göstərici ilə müqayisədə 0,3% artım).
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !