Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29 mart 2024-cü il tarixinə 11 milyard 654,4 milyon dollar təşkil edir. Bu barədə Mərkəzi Bank məlumat verib.
2023-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 613 milyon dollar təşkil edib.Belə ki,2024-cü ilin birinci rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
Eyni zamanda, mart ayında AMB-nin valyuta ehtiyatları 0,03% və ya 4,1 milyon dollar artıb.
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !