Azərbaycan Milli Məclisinin işi bir ay uzadılıb

13:16 | 26.05.2014
Azərbaycan Milli Məclisinin işi bir ay uzadılıb

Azərbaycan Milli Məclisinin işi bir ay uzadılıb

Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunub.Parlamentdən APA-ya verilən məlumata görə, xüsusi sessiya yaz sessiyasının ardınca - iyun ayında olacaq. Sessiya ərzində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclasın da keçirilməsi planlaşdırılıb və plenar iclaslar iyunun 13-dən sonra nəzərdə tutulub. Xüsusi sessiyada keçiriləcək plenar iclasların tarixi və gündəliyi yaz sessiyası başa çatdıqdan sonra məlum olacaq. Xüsusi sessiyasının keçirilməsi ilə bağlı qərar deputatların 2/3 hissəsinin müraciəti əsasında qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM