Azərbaycan Milli Məclisinin yaz sessiyası başladı

12:30 | 02.02.2015
Azərbaycan Milli Məclisinin yaz sessiyası başladı

Azərbaycan Milli Məclisinin yaz sessiyası başladı

Bu gün Azərbaycan Milli Məclisinin cari ilin yaz sessiyasının ilk plenar iclası başlayıb.

 "Report" xəbər verir ki, Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan iclasa spiker Oqtay Əsədov sədrlik edir.

İclasın gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Bugünkü iclasda parlamentin İntizam və Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi, eləcə də qurumun cari il üçün qanunvericilik işləri planı, Azərbaycanın Macarıstan hökuməti arasında imzalanan iki sazişin təsdiq edilməsi, həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişikliklərlə yanaşı, "Yanğın təhlükəsizliyi haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında" və  "Reklam haqqında" qanunlara dəyişikliklər layihəsinin müzakirəsi də nəzərdə tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti