Şamaxı rayon Məhkəməsində güləş üzrə Azərbaycan millisinin sabiq üzvü, vətəndaşı qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan Məsim Qədirlinin barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
Anews.az APA-ya istinadla xəbər verir ki, hakim Etibar Hümbətov sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və M. Qədirlinin həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Məsim Qədirli Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) ittiham edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !