Azərbaycan milli yığmasının Fan- Shopu təqdim olundu

11:48 | 12.09.2014
Azərbaycan milli yığmasının Fan- Shopu təqdim olundu

Azərbaycan milli yığmasının Fan- Shopu təqdim olundu

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə Park Bulvar alış- veriş mərkəzində Azərbaycan milli komandasının Fan Shop- unun açılış mərasimi keçirilib. Açılış mərasimində, həmçinin, üzərində Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin əksi olan eksklüziv futbolkanın (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.Açılış mərasimində AFFA rəhbərliyi, Bakcell şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər. AFFA- nın prezidenti Rövnəq Abdullayev bildirib: "Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM