Azərbaycan millisi Küveytə qalib gəlib

21:00 | 08.05.2022
Azərbaycan millisi Küveytə qalib gəlib

Azərbaycan millisi Küveytə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

Bakı "Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM