Azərbaycan millisi Maltaya qalib gələ bilməd

00:29 | 15.10.2018
Azərbaycan millisi Maltaya qalib gələ bilməd

Azərbaycan millisi Maltaya qalib gələ bilməd


Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

 D Liqasının III qrupunda yer alan komandamız IV turda Malta yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində Azərbaycan millisindən Rüfət Dadaşov hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Əvəzində 37-ci dəqiqədə Roven Muskat Maltanı hesabda önə keçirib. Millimizin bərabərlik axtarışları 53-cü dəqiqədə nəticə verib. Mahir Mədətovun ötürməsini qola çevirən Araz Abdullayev bərabərliyi təmin edib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.


Qeyd edək ki, ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü də heç-heçə ilə nəticələnmişdi - 1:1. Malta indiyədək qazandığı hə iki xalı Azərbaycan millisindən alıb. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3. İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.


Onu da qeyd edək ki, qrupun digər oyununda da eyni hesab qeydə alınıb - 1:1. Bu matçda Farer adaları və Kosovo "sülh"ə razılaşıb.
 
UEFA Millətlər Liqası
D liqası, III qrup
IV tur


14 oktyabr
20.00 Azərbaycan - Malta 1:1

Qollar: Araz Abdullayev, 53 - Roven Muskat, 37.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızada, 8. Emin Mahmudov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydaev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Malta: 1. Andrev Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pavlu Fenex, 9. Yozef Mbonq, 10. Andre Şkembri (k), 11. Roven Muskat, 15. Xuan Karlos Korbolan, 17. Rayan Kamilleri, 19. Alfred Effionq.
Ehtiyat oyunçular: 12. Anri Bonello, 23. Stiv Sultana, 2. Maykl Yohnson, 6. Cake Qrex, 7. Stiv Pisani, 13. Kleyton Failla, 14. Jean Paul Farruciya, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Andrev Kohen, 21. Roderik Briffa, 22. Kain Attard.
Baş məşqçi: Rey Farruciya.

Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataqi (Xorvatiya).
Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (Xorvatiya).
Bakı Olimpiya Stadionu. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb