“Azərbaycan millisi möhkəm komandadır”

23:14 | 31.08.2021
“Azərbaycan millisi möhkəm komandadır”

“Azərbaycan millisi möhkəm komandadır”

Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

"Qafqazinfo" xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə alsaq, bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.

Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM