Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi müəyyənləşib.
Azərbaycan millisi final qarşılaşmasına vəsiqə uğrunda Türkiyə komandası ilə mübarizə aparacaq.
Yarımfinal oyunu avqustun 14-də, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.