Azərbaycan millisinin futbolçusunu soydular

16:28 | 25.12.2013
Azərbaycan millisinin futbolçusunu soydular

Azərbaycan millisinin futbolçusunu soydular

“Neftçi” klubunun futbolçusu Mahir Şükürov “Qəbələ” ilə matçın son saniyələrində vurduğu qolla komandasına qələbə qazandırsa da, onun sevinci uzun sürməyib. Millimizin də üzvü olan müdafiəçi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib.

Paytaxt klubunun kapitanı XVII turun oyunundakı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə gedib. Onun bu məkana kiminlə və niyə getdiyi açıqlanmasa da, 25 min dolları maşında saxlayıb. Oteldən çıxdıqdan sonra isə maşınının şüşəsinin qırıldığına və pulun oğurlandığına şahid olub.

Şükürov olanları açıb-ağartmasa da, bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Bundan başqa, Mahirin bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı deyilir.

Futbolinfo.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb