Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

21:30 | 22.01.2022
Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

Azərbaycan millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.
 
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.
 
Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.
 
Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.
 
Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Hər iki oyunçunun ilk testləri yanvarın 21-də müsbət nəticələnib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM