Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, "Araz-Naxçıvan"dan ayrılan Amir Şojayi Qazaxıstanın "Bayterek" klubuna keçib.
Oyunçunun viza işləri həllini tapıb və o, fevralın 17-də yeni komandasına qoşulacaq.Yığmanın digər üzvü Rafael Vilela isə Rusiya "Tümen"i ilə anlaşıb. Hazırda Rusiya Super Liqasına başçılıq edən komanda UEFA Çempionlar Liqasının "dördlər finalı”nda da iştirakını davam etdirir.
29 yaşlı hücumçu yeni klubu ilə müqavilə imzalayıb və hazırda komandanın düşərgəsindədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !