Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

23:30 | 28.09.2021
Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Azərbaycan millisinin müdafiəçisi uzun müddətə sıradan çıxıb

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlovun durumuna aydınlıq gəlib.

"Gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, MRT müayinəsi nəticəsində 26 müdafiəçisinin diz bağlarında qopma müəyyənləşib.

Onun durumu ilə bağlı yekun qərar həkimlərin məsləhətləşməsindən sonra veriləcək. İlkin ehtimallara görə, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda sıradan çıxıb.

Daha əvvəl "Sumqayıt"ın hücumçusu Əli Qurbani də zədələnib. Azərbaycan millisinin futbolçusu bir həftədən sonra məşqlərə başlayacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM