Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

12:01 | 06.10.2021
Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salındı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Anews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, "Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM