Rusiyanın "Komsomolskaya pravda” nəşri Azərbaycanın İvanovka kəndində yaşayan molokanların həyatından yazıb.
Oxu.Az xəbər verir ki, nəşrə müsahibə verən Azərbaycandakı yeganə kolxozun sədri Vasili Novoseltsev kəndin tarixi haqqında danışıb:
"Bizi Rusiyadan II Yekaterinanın dövründən qovmağa başladılar. Qafqazda molokanların yaşadığı bir neçə yer var. Bizim əcdadlarımız aşağıda yaşayırdılar, ancaq orada iqlim pis idi və xəstəliklər hökm sürürdü. İvanovka kəndini salanlardan biri İvan Perşin kəndliləri buraya köçürdü. Görün, necə gözəl yerdir”
Materialda bildirilir ki, kənddə 1150 həyət var. Nə vaxtsa burada beş min insan yaşayırdı, indi kənd sakinlərinin sayı üç mindən bir az çoxdur.
Burada rusiyalılarla yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır.
Kapitalist mühasirəsindən Heydər Əliyev kolxozu xilas edib. Və onu Nikitinin şərəfinə adlandırıb.
Məqalədə yerli istehsalla bağlı da danışılır, bildirilir ki, burada Azərbaycanda ən yaxşı bal və xama istehsal olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !