Azərbaycan Moskvada yeni texnoloji naliyyətlərini sərgilədi

15:53 | 19.05.2014
Azərbaycan Moskvada yeni texnoloji naliyyətlərini sərgilədi

Azərbaycan Moskvada yeni texnoloji naliyyətlərini sərgilədi

Moskvada “Svyaz-Ekspokom -2014” adı altında telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətlərinin 26-cı beynəlxalq sərgisi keçirilib.
Yeni Nəfəs Hərəkatı Moskva nümayəndəliyindən ANN.Az-a verilən məlumata görə, 13-16 may tarixində baş tutan sərgidə il ərzində əldə olunmuş ən böyük naliyyətlər, texniki imkanlar nümayiş olunub. Məlumata görə, dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycan Respublikası da öz imkanlarını nümayiş etdirib. Azərbaycan şirkətləri ilə dünya şirkətləri arasında müqavilələr imzalanıb, razılaşmalar əldə olunub. 
Qeyd edək ki, sərgi Azərbaycanın Rabitə və Yüksək Texnaloqiyalar Nazirliyinin dəstəyi ilə baş tutub. Sərgidə Azərbaycan stendini Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev ziyarət edərək nümayişə çıxarılan Azərbaycan brendləri ilə tanış olub, fikirlərini bölüşüb. Azərbaycanın günü-gündən inkişafının dünya azərbaycanlılarını sevindirdiyini qeyd edən İlqar Hacıyev “Asan xidmət” və “Azərspeys”in fəaliyyətini dünya ölkələrinə örnək göstərib. 
Qeyd edək ki, sərgidə Yeni Nəfəs Hərəkatı Moskva təmsilçisi Toğrul Allahverdili , Rusiyanın və Rusiya Federasiyasında akkreditə olunmuş ölkələrin diplomatik nümayəndələri iştirak ediblər.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM